Ermənistanın hakim fraksiyadan olan deputatı Azərbaycana dəhliz verilməyəcəyini deyir
“Rəsmi danışıqlarda Ermənistandan keçəcək hər hansı dəhlizdən söhbət getmir”
Ermənistan parlamentində hakim “Mülki müqavilə” fraksiyasından deputat Hripsime Qriqoryan bildirib ki, rəsmi danışıqlarda Ermənistandan keçəcək hər hansı dəhlizdən söhbət getmir.
SəhərAzəri-nin məlumatına əsasən, erməni deputat deyib: “Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatları daxili auditoriyaya yönəlib, heç bir rəsmi danışıqlarda Ermənistanın suveren ərazisindən keçən hər hansı dəhlizdən söhbət getmir və
Deputat qeyd edib ki, Əliyev və ya hər hansı digər Azərbaycan rəsmisi nə qədər dəhlizdən danışsa da, rəsmi görüşlərdən sonra verilən açıqlamalar başqa şeyə dəlalət edir. Millət vəkili buna misal olaraq, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrədə keçirilən görüşünün yekunları üzrə yayılan bəyanatı xatırladıb və deyib: “Tərəflər ölkələrin suverenliyi altında regional nəqliyyat marşrutlarının açılmasına dair qarşılıqlı anlaşmanı müsbət qiymətləndiriblər”.
Onun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyü sövdələşməyə və danışıqlara tabe deyil və bu gün beynəlxalq ictimaiyyət Ermənistanın ərazi bütövlüyünün onun üçün də qırmızı xətt olduğunu açıq, birbaşa və birmənalı şəkildə bəyan edir.