Okt 12, 2022 20:18 Asia/Baku
  •  Aİ və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edirlər

Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır.

Moskva müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Putinin köməkçisi qeyd edib ki, İrəvanla Bakı arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya Prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir.

"Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub", deyə Uşakov vurğulayıb.

Teqlər