Okt 13, 2022 13:22 Asia/Baku
  • “Son toqquşmalarda Rusiya məqsədyönlü təxribat törədib”

Fransa prezidenti iddia edib ki, Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq səyləri çərçivəsində Ermənistan və Azərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalarda Rusiya məqsədyönlü təxribat törədib.

SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron bildirib: “Ermənistan və Rusiya sərhədində son iki ildə nə baş verir? 5 min rus əsgər guya Ermənistan sərhədini qoruyur, ancaq ruslar bu konfliktdən istifadə edərək, bir neçə əsrdir ki, Azərbaycan oyununu oynayır və vaxtilə yaxın olduqları Ermənistanı zəiflətməyə qayıdıb. Görürsünüzmü nə baş verir? Bu, Rusiyanın vəziyyəti destabilizasiya etmək cəhdidir. O, Qafqazda qarışıqlıq yaratmaq istəyir ki, bizim hamımıza qeyri-sabitlik gətirsin”.

Makron qeyd edib ki, Fransa Ermənistanı pis vəziyyətdə qoymayacaq: “Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir; Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq”.

“AB Azərbaycandan qaz alır, buna görə Azərbaycana tolerant yanaşa bilərmi” sualına isə Makron belə cavab verib: “Fransa Azərbaycandan qaz almır. Əlbəttə, Aİ-nin bir neçə ölkəsinin Azərbaycanla qaz sazişi var. Amma biləsiniz ki, Fransa və Aİ-nin dəyərləri qaz və ya neftə satılmır”.

Teqlər