Okt 17, 2022 11:12 Asia/Baku
  • Aİ Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiq edib

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bu gün, Lüksemburqda Ermənistan-Azərbaycan sərhədinə missiya göndərilməsini təsdiqləyib.

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.Bu barədə qurumun rəsmi saytında yazılıb.

Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: 

Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq

Öncə Aİ XİN Şurasının rəsmilərindən biri bildirmişdi ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin sərhədinə Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcək. Məsələnin vacibliyinə görə Gürcüstandakı nümayəndəliyimizdən işçiləri götürürük”.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikası və Fransa Prezidentləri eləcə də Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş nazirinin birgə görüşündə Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.

Teqlər