Okt 20, 2022 10:18 Asia/Baku
  • Azərbaycan silahlı qüvvələri başlanğıc mövqelərinə qayıtmalıdır

ABŞ hökuməti bildirib ki, Azərbaycan Ermənistanın suveren ərazisini işğal etməməlidir və Azərbaycan silahlı qüvvələri öz başlanğıc mövqelərinə qayıtmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyanla birgə mətbuat konfransı zamanı bildirib.

 

O qeyd edib ki, Ermənistan üçün çətin vaxtlardır, faciəli hadisələr baş verdi və növbəti alovlanma baş verəndə münaqişə qurbanlarının xatirəsi hələ də canlı idi. ABŞ xüsusilə məhbusların geri qaytarılması istiqamətində ikitərəfli, ikipalatalı səylər göstərir.

Teqlər