Okt 20, 2022 10:56 Asia/Baku
  • ATƏT Ermənistanın sərhədyanı ərazilərinə ekspert qrupu göndərəcək

ATƏT oktyabrın 21-27-də Ermənistanın sərhədyanı ərazilərinə ekspert qrupu göndərəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə təşkilat bəyanat yayıb.

Bildirilib ki, oktyabrın 21-27-də ATƏT bir sıra sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün təşkilata müraciət edib.

Bununla paralel olaraq Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.

Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq

Teqlər