Okt 28, 2022 12:38 Asia/Baku
  • Ermənistan Rusiya prinsipləri əsasında Azərbaycanla əlaqələrin qurulmasına razılaşıb

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter“ hesabında bildirib ki, ölkəsi Azərbaycan Respublikası ilə münasibətlərin qurulması ilə bağlı Rusiya təklifləri ilə razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan bildirib ki, Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.

Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.

“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - Ermənistan Baş naziri əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.

 

Teqlər