Okt 28, 2022 13:11 Asia/Baku
  • Brüsseldə delimitasiya komissiyası iclas keçirəcək

XİN Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, gələn ay Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək. Bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
“Noyabr ayının ilk günlərində Brüssel şəhərində delimitasiya üzrə komissiyaların iclası keçiriləcək. Həmin iclasdan sonra delimitasiya komissiyasının katibliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək”,- deyə Elnur Məmmədov bildirib.

Qeyd edək ki, Ermənistan tərəfi də belə bir görüşün keçiriləcəyini bildirmişdi.

Cari miad ili Mayın 23-də, yəni Brüsseldə Aİ Şurasının sədri Charles Michel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar.

Komissiyanın ilk görüşü Azərbaycan və Ermənistan sərhəddində, ikinci görüşü isə 30 avqust 2022-ci il tarixində Moskva şəhərində keçirilib.

İclaslarda Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan iştirak edirlər.

Moskva və Brüssel görüşləri komissiyanın sərhəddəki ilk görüşündə razılaşdırılmışdı.

Teqlər