Okt 31, 2022 19:45 Asia/Baku
  • Paşinyan: Rusiyanın təklif etdiyi yanaşmalar bizim üçün məqbuldur

Ermənistanın baş naziri bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması ilə bağlı Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib: “Keçən həftə Valday Diskussiya Klubunda siz Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi məsələsinə toxundunuz, Dağlıq Qarabağla bağlı bu prosesin bir sıra mühüm parametrlərini qeyd etdiniz və bəyan etdiniz ki, bu prinsiplərin seçimini dəstəkləyəcəksiniz. Erməni tərəfi buna üstünlük verir. Ümumiyyətlə Dağlıq Qarabağla bağlı Rusiya tərəfindən təklif olunan yanaşmalar, dövlətlərarası münasibətlərin qurulması prinsipləri və parametrləri bizim üçün məqbuldur”.

Paşinyan ümid etdiyini bildirib ki, Rusiya lideri Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli bəyanatın mətnində bu yanaşmslara üstünlük veriləcək.

Baş nazir söhbətinin sonunda Putinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatı yüksək qiymətləndirib.

Teqlər