Rusiya Zəngəzur Dəhlizi adlı bir şeyi tanımır
Zaxarova: Biz “marşrut” ifadəsini işlədirik
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü türkiyəli müxbirin “Zəngəzur dəhlizi” ilə bağlı sualına düzəliş edib: Biz “marşrut” ifadəsini işlədirik.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova “Anadolu” agentliyinin müxbirinin sualına cavabında Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək mümkün yoldan danışarkən “dəhliz” deyil, “marşrut” ifadəsindən istifadə etdiklərinə aydınlıq gətirib. .
Mətbuat brifinqində Anadolu müxbiri Zaxarovadan Rusiyanın Azərbaycanı Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi”nin təşkili üzrə səylərini necə qiymətləndirdiyini soruşub.
Cavabında Zaxarova deyib: “Biz “marşrut” terminindən istifadə edirik. Soçi sammiti zamanı regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələsi müzakirə edilib və üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən işçi qrup çərçivəsində birgə işin davam etdirilməsi barədə razılıq əldə olunub”.