Zaxarova: Biz “marşrut” ifadəsini işlədirik
https://azeri.sahartv.ir/news/qafqaz-i394681-zaxarova_biz_marşrut_ifadəsini_işlədirik
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü türkiyəli müxbirin “Zəngəzur dəhlizi” ilə bağlı sualına düzəliş edib: Biz “marşrut” ifadəsini işlədirik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2022 04:30 Asia/Baku
  • Zaxarova: Biz “marşrut” ifadəsini işlədirik

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü türkiyəli müxbirin “Zəngəzur dəhlizi” ilə bağlı sualına düzəliş edib: Biz “marşrut” ifadəsini işlədirik.

SəhərAzəri-nin məlumatına əsasən,  Mariya Zaxarova “Anadolu” agentliyinin müxbirinin sualına cavabında Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək mümkün yoldan danışarkən “dəhliz” deyil, “marşrut” ifadəsindən istifadə etdiklərinə aydınlıq gətirib. .

Mətbuat brifinqində Anadolu müxbiri Zaxarovadan Rusiyanın Azərbaycanı Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi”nin təşkili üzrə səylərini necə qiymətləndirdiyini soruşub.

Cavabında Zaxarova deyib: “Biz “marşrut” terminindən istifadə edirik. Soçi sammiti zamanı regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələsi müzakirə edilib və üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən işçi qrup çərçivəsində birgə işin davam etdirilməsi barədə razılıq əldə olunub”.