Armen Qriqoryan:
“Ermənistan heç vaxt dəhliz verməyəcək”
Ermənistanın Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirib ki, Rusiya Soçi bəyanatına Dağlıq Qarabağ haqqında qeyd daxil etməyi vəd edib, amma bu, baş verməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan deyib: "Biz bir neçə dəfə çalışmışıq ki, Rusiyanın təkliflər paketi dəqiq ifadə olunsun,orada Dağlıq Qarabağ münaqişəsindən danışılsın. Rusiya tərəfi bunun olacağına söz verib, amma bu, baş verməyib.
Biz həmçinin sülhməramlıların Dağlıq Qarabağda yerləşməsi haqqında dəqiq qeyd olmasını istəyirdik, amma Soçidə yekun bəyanatda bu da əksini tapmayıb", - deyə Qriqoryan Factor.am nəşrinə müsahibəsində bildirib.
Rusiya tərəfi açıq şəkildə bildirib ki, onun Ermənistan tərəfi üçün yaxşı təklifləri var. Ermənistan, öz növbəsində, bildirib ki, bu gündəliyi tamamilə dəstəkləyir.
Hazırda masada 2 sənəd var - biri bizim üzərində işlədiyimiz Azərbaycanın təklifləri, digəri sülh sazişinin parametrləri haqqında ideyaları əks etdirən Rusiyanın təklifi. Qərb sadəcə olaraq variant axtarmağa kömək edir", - deyə o, sözünə davam edib.
Qriqoryan təsdiq edib ki, tərəflər Azərbaycanın təklif etdiyi beş bənddən ibarət paket üzərində işləyirlər.
Ermənistan bir çox cəhətdən yalnızdır. KTMT-dən lazımi reaksiya yoxdur.Təbii ki, Ermənistan heç vaxt dəhliz verməyəcək, biz bilirdik ki, bu yaxınlarda təcavüzün səbəblərindən biri Ermənistanın dəhliz verməkdən imtina etməsi idi və onlar Ermənistana təzyiq göstərməyə çalışırlar", - deyə Qriqoryan bildirib.