Noy 09, 2022 12:31 Asia/Baku
  • Nazirlər fikir ayrılıqlarını müəyyən etmək üçün ABŞ-a gedibmişlər

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-dakı son danışıqlar haqqında bildirib ki, bu danışıqlarda nazirlər fikir ayrılıqlarını müəyyən ediblər.

SəhərAzəri-nin Turan-a istinadən verdiyi məlumata görə, Ned Prays gündəlik mətbuat konfransında Bazar ertəsi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə onların həm də danışıqları sürətləndirmək barədə razılığa gəldiklərini deyib.

Onun sözləriinə görə, görüşün digər uğuru nazilərin günün sonunda birgə bəyannamə haqqında razılıq əldə etməyə müvəffəq olmaları olub.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycan Respublikası və Ermənistana danışıqlar üçün yer və imkan yaratdığını bildirib eyni zamanda 10 noyabr bəyannaməsinə eyham vuraraq “Biz onlara imzalamaq üçün hazır sənəd təqdim etmirik.” Deyib.

Ned Prays ABŞ-ın guya xeyirxah niyyətlərlə tərəfləri razılığa gəlmək üçün öz başına buraxdığını və onlara nəyisə dikte etmədiyini inandırmağa çalışsa da sözlərini belə davam etdirib: "Birləşmiş Ştatlar bu proseslərə kömək etmək üçün əlindəki vasitələrdən və nüfuzundan, xeyirxah xidmətlərindən, bu binada və bütün bu hökumətdə mövcud olan bilik və təcrübədən istifadə etməlidir".

Qeyd edək ki, 2-ci Qarabağ müharibəsindən ötən son 2 il ərzində Cənubi Qafqazda öz  niyyətlərini həyata keçirmək istəyən Minsk Qrupunun başçıları, Avropa, Amerika və Rusiya artıq həmsədrlərini Bakı və İrəvana göndərməsələr də Azərbaycan və Ermənistan rəsmilərini tez tez Moskva, Soçi, Brüssel, Praqa və Vaşinqtona çağırır və beləliklə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasını əngəlləməyə çalışırlar.

Teqlər