"Rusiya Cənubi Qafqazda konkret layihələrin həyata keçirilməsi üzərində işləyir”
https://azeri.sahartv.ir/news/qafqaz-i394903-rusiya_cənubi_qafqazda_konkret_layihələrin_həyata_keçirilməsi_üzərində_işləyir
“Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılması üçün konkret layihələrin sürətlə həyata keçirilməsi üzərində işləyir”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2022 17:09 Asia/Baku

“Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılması üçün konkret layihələrin sürətlə həyata keçirilməsi üzərində işləyir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində xeyli iş görüb.

“Rusiya tərəfinin fəal iştirakı ilə Ermənistan və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”, - M.Zaxarova söyləyib.