Noy 20, 2022 17:07 Asia/Baku
  • Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxısann Baş Prokurorluğunun nümayəndəsi Əzəmət Serqazin bu gün mətbuata verdiyi açıqlamada seçkilərin sakit şəraitdə keçirildiyini deyib:

“Seçki günü, eləcə də bütövlükdə seçki kampaniyası sakit şəraitdə keçir. Bu saata kimi vətəndaşların seçki hüquqlarının pozulması və digər qanunsuz hərəkətlər qeydə alınmayıb. Seçkilərlə bağlı müraciətlər prokurorluğa daxil olmayıb” - deyə, o bildirib.

Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin müşahidəçilər missiyası da oxşar bəyanat verib:

 “Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin müşahidəçilər missiyası hələlik heç bir ciddi pozuntu qeydə almayıb”,-jurnalistlərə açıqlamasında missiyanın rəhbəri Sergey Lebedev deyib.

Verilən rəsmi məlumatlara görə, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.

Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.

Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

 

Teqlər