Noy 24, 2022 11:05 Asia/Baku
  • Putin: Qarşılıqlı kompromislərə zəmin yaranıb

Noyabrın 23-də İrəvanda keçirilən sammitdə Rusiya prezidenti Azərbaycanın da kompromisə getməli olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bu barədə KTMT-nin İrəvanda keçirilən iclasında deyib: “Biz Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə keçirilən sammitini müsbət qiymətləndiririk. Baş tutan danışıqlar fundamental məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb”.

O, Azərbaycan və Ermənistan tərəfinin hansı məsələlərdə kompromisə getməli olduqlarına aydınlıq gətirməyib.

Rusiya dövlət başçısı həmçinin vasitəçilik missiyasını öz nəzarətində saxladığını və Brüssel formatınln hədər bir şey olduğunu münaqişə tərəflərinin diqqətinə çatdırıb.

Onun sözlərinə görə, birgə bəyanatda 2020 və 2021-ci illərdəki  üçtərəfli razılaşmalara sadiqlik bir daha təsdiqlənmişdir.

Putin həmçinin bölgədə sülhün şərtlərini açıqlayıb.

“Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı bu sazişləri ardıcıl şəkildə yerinə yetirməklə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına nail olmaq olar. Ümid edirik ki, bu, sonda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq”, - deyə Rusiya prezidenti vurğulayıb.

 

 

Teqlər