Dek 10, 2022 15:06 Asia/Baku
  • Putn: Rusiya Ermənistanın aparıcı kommersiya tərəfdaşıdır

Rusiya prezidenti Ermənistanın ölkəsi üçün aparıcı kommersiya tərəfdaşı olaraq qaldığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, Rusiya Cənubi Qafqaz regionunda Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olaraq qalır.

O deyib: “Mən bir daha ona diqqət çəkmək istəyirəm ki, Rusiya Ermənistanın aparıcı kommersiya tərəfdaşı olaraq qalır. Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiya ilə həyata keçirilir. Rusiya təxminən 40% sərmayə hələ də Ermənistanda əsas investor ölkə hesab olunur. Bu ilin 10 ayı ərzində ticarət dövriyyəsinin artımı 67 faiz təşkil edib. Bu, çox ciddi və yaxşı göstəricidir”.

Görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağdakı vəziyyətdən şikayətlənib.

 “Qeyd etmək istəyirəm ki, bizim regionda təbii ki, əsas məsələ Qarabağ nizamlanmasıdır. Təəssüf ki, biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük. Mən əminəm ki, siz Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından xəbərdarsınız. Qarabağda bununla bağlı böyük narahatlıq var”, - deyə Paşinyan bildirib.

 

Teqlər