Hökumət və parlament Laçın dəhlizində yaranmış situasiyanı araşdırır
https://azeri.sahartv.ir/news/qafqaz-i395802-hökumət_və_parlament_laçın_dəhlizində_yaranmış_situasiyanı_araşdırır
Ermənistanın baş naziri Paşinyan Laçın dəhlizindəki vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2022 13:33 Asia/Baku
  • Hökumət və parlament Laçın dəhlizində yaranmış situasiyanı araşdırır

Ermənistanın baş naziri Paşinyan Laçın dəhlizindəki vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və parlament çoxluğunun lideri, Mülki Müqavilə Fraksiyasının sədri Hayk Koncoryan da iştirak ediblər. Toplantıda regionda baş verən hadisələr, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.

Hökumətin bu toplantısı ilə paralel olaraq, müxalifətçi deputat İşxan Saqatelyan Azərbaycan tərəfindən Qarabağ ermənilərinə qarşı – onun ifadəsi iə desək -  soyqırımını pisləmək üçün parlamentin təcili iclas keçirməsini xahiş edib.

Bu məlumata əsasən, müxalifətdəki “Hayastan” fraksiyasını təmsil edən deputat İşxan Saqatelyan bildirib ki, onun başçılıq etdiyi partiya Azərbaycanın soyqırımı aktları ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır.

Saqatelyan həmçinin ölkə əhalisini Ermənistandakı beynəlxalq nümayəndəliklər qarşısında nümayişlərə çağırıb və dekabrın 13-də BMT nümayəndəliyi qarşısında mitinq keçiriləcəyini, daha sonra Fransa, Rusiya və ABŞ səfirliklərinə məktublar təqdim edəcəklərini bildirib.