Ruben Vardanyan: Ermənistana köçmüş ermənilər Qarabağa qayıtsınlar!
https://azeri.sahartv.ir/news/qafqaz-i395803-ruben_vardanyan_ermənistana_köçmüş_ermənilər_qarabağa_qayıtsınlar!
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ikinci adamı Azərbaycan Respublikasının tələblərinə təslim olmsayacaqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2022 13:59 Asia/Baku
  • Ruben Vardanyan: Ermənistana köçmüş ermənilər Qarabağa qayıtsınlar!

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ikinci adamı Azərbaycan Respublikasının tələblərinə təslim olmsayacaqlarını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ruben Vardanyan qondarma rejimin İctimai Televiziyasına müsahibəsində deyib: “Artsax erməni, inkişaf etmiş və xoşbəxt ölkə olaraq qalmalıdır. Mən əminəm ki, biz məqsədlərimizə nail ola bilərik, lakin bu, bizdən çox səy və iş tələb edəcək”.

O, prioritetlər sırasında idarəetmə sisteminə yenidən baxılmasına toxunaraq qeyd edib ki, böhran dövründə liderlərinizə güvənməsəniz, heç nəyə nail olmayacaqsınız.

Vardanyan qeyd edib ki, Ermənistanda müvəqqəti məskunlaşmış Qarabağ vətəndaşlarının öz vətənlərinə qayıtması çox vacibdir, bunun üçün təhlükəsizlik, mənzil tikintisi, məşğulluq problemlərini həll etmək lazımdır.

Onun iddiasına görə, Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin öz torpaqlarını tərk etməsi üçün hər şeyi edir.