Avropa İİttifaqı Laçın dəhlizindəki vəziyyəti diqqətlə izləyir
https://azeri.sahartv.ir/news/qafqaz-i395804-avropa_İİttifaqı_laçın_dəhlizindəki_vəziyyəti_diqqətlə_izləyir
Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi bir daha tərəfləri təmkinli olmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2022 14:03 Asia/Baku
  •  Avropa İİttifaqı Laçın dəhlizindəki vəziyyəti diqqətlə izləyir

Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi bir daha tərəfləri təmkinli olmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Avropa İttifaqı dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələrdən xəbərdardır.

O deyib: “Biz hadisələri diqqətlə izləyirik. Aİ-nin Qarabağdakı vəziyyəti daha yaxşı başa düşməyə imkan verəcək mövcudluğu yoxdur, lakin biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan hesabatlarını izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq”, - deyə Piter Stano bildirib.

Avropa İttifaqının xarici siyasət üzrə rəsmi nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı bir daha tərəfləri təmkinli olmağa və təxribat xarakterli ritorikadan imtina etməyə çağırır.