Cudi Çu: Qarabağ ermənilərinin təhlükəsizliyi təmin edilməlidir
https://azeri.sahartv.ir/news/qafqaz-i395988-cudi_Çu_qarabağ_ermənilərinin_təhlükəsizliyi_təmin_edilməlidir
Amerikalı ermənipərəst konqresmen Bayden hökumətini Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməyə çağırıb və ölkə başçısına ünvanlanmış məktubu imzalayan digər ABŞ qanunvericilərinə qoşulub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 21, 2022 17:24 Asia/Baku
  • Cudi Çu: Qarabağ ermənilərinin təhlükəsizliyi təmin edilməlidir

Amerikalı ermənipərəst konqresmen Bayden hökumətini Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməyə çağırıb və ölkə başçısına ünvanlanmış məktubu imzalayan digər ABŞ qanunvericilərinə qoşulub.

SəhərAzəri-nin məlumatına əsasən, Cudi Çu bildirib ki, Laçın dəhlizinin qanunsuz blokadası altında əziyyət çəkən minlərlə insanın yanındır.  

“Artsaxı Ermənistanla birləşdirən Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə bağlanması nəticəsində minlərlə insan əziyyətə düşüb. Mən qürurla Adam Şiffə və həmkarlarımıza Artsax xalqını qorumaq üçün hərəkətə keçdiklərinə xatir minnətdarlığımı bildirirəm”, - deyə Çu tvitində yazıb.

Qeyd edək ki, ABŞ konqresmenlərindən bir qrupu Co Baydenə müraciət edərək ondan Qarabağın blokadaya alınmasına cavab olaraq Azərbaycana qarşı qətiyyətli addım atmasını xahiş ediblər.