Ermənipərəst konqresmen Qarabağdakı separatçıların müdafiəsinə qalxdı
Cudi Çu: Qarabağ ermənilərinin təhlükəsizliyi təmin edilməlidir
Amerikalı ermənipərəst konqresmen Bayden hökumətini Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməyə çağırıb və ölkə başçısına ünvanlanmış məktubu imzalayan digər ABŞ qanunvericilərinə qoşulub.
SəhərAzəri-nin məlumatına əsasən, Cudi Çu bildirib ki, Laçın dəhlizinin qanunsuz blokadası altında əziyyət çəkən minlərlə insanın yanındır.
“Artsaxı Ermənistanla birləşdirən Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə bağlanması nəticəsində minlərlə insan əziyyətə düşüb. Mən qürurla Adam Şiffə və həmkarlarımıza Artsax xalqını qorumaq üçün hərəkətə keçdiklərinə xatir minnətdarlığımı bildirirəm”, - deyə Çu tvitində yazıb.
Qeyd edək ki, ABŞ konqresmenlərindən bir qrupu Co Baydenə müraciət edərək ondan Qarabağın blokadaya alınmasına cavab olaraq Azərbaycana qarşı qətiyyətli addım atmasını xahiş ediblər.