ABŞ Ermənistana xüsusi diqqət ayırır
2023-cü il üçün Ermənistana, Qarabağa isə 2 milyon dollar yardım ayrıldı
ABŞ hökuməti Ermənistana və Qarabağ ermənilərinə gələn il üçün yeni yardım paketi nəzərdə tutub.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Amerika Erməni Milli Komitəsi bildirir ki, gələn il Vaşinqton Ermənistana 60 milyon dollar yardım ayıracaq. Dağlıq Qarabağa isə minaların təmizlənməsi adı altında 2 milyon dolları birbaşa yardımın ayrılması nəzərdə tutulub.
Bu arada ABŞ-ın Ermənistandakı səfirliyinə namizəd Azərbaycan hərbçilərinin – onun ifadəsi ilə desək - törətdiyi hərbi cinayətlərin sənədləşdirilməsinə yardım edəcəyini vəd verib.
ABŞ Senatında keçirilən dinləmə zamanı Ermənistandakı səfirliyinə namizəd xanım Kristina Kuinnə deyib: “Bu cür cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi olduqca vacibdir”.
Senator Bob Menendez isə Bayden hökumətinə xitabən bildirib: “Mən vasitəçi olmağın vacibliyini başa düşürəm, amma etibarlı vasitəçi olmaq üçün məncə, ən azı faktlarla başlamalı və onları ictimaiyyət qarşısında səsləndirməyi bacarmalısan”.
O, təklif edib ki, ABŞ Azərbaycan hökumətinə Ermənistan və Dağlıq Qarabağa qarşı blokadanın dayandırılması və güc tətbiqi variantları üçün addımlar atmayana qədər yardım göstərməməlidir.
2002-ci ildə Konqresin 907-ci akta etdiyi düzəliş prezidentə aktı dayandırmağa və Azərbaycana hərbi yardım göstərməyə imkan verir.