Dek 31, 2022 15:15 Asia/Baku
  • Paşinyan Laçın dəhlizinin bağlı qalmasının acı nəticələrindən danışdı

Ermənistanın baş naziri bəyan edib ki, Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət günü-gündən pisləşir.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan deyib ki, bu səbəbdən Dağlıq Qarabağda humanitar böhranın idarə olunmasında bölgədə yaşayan ermənilərə dəstək olmaq üçün işçi qrupu yaradılıb və bu qrupa baş nazirin müavini Tiqran Xaçatryan rəhbərlik edəcək.

Onun sözlərinə görə, Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət günü-gündən pisləşir. “Qrupun vəzifəsi Dağlıq Qarabağ hakimiyyəti ilə humanitar məsələlərə nəzarət etmək və beynəlxalq təşkilatlar da daxil olmaqla, lazımi təcili dəstəyi göstərmək olacaq.

Paşinyan həmçinin qeyd edib ki, hökumət iclasının gündəliyinə Dağlıq Qarabağa 4 milyard dram əlavə yardım məsələsi daxildir.

 

 

Teqlər