Zaxarova: Sülhməramlılara qarşı təxribat qəbuledilməzdir
https://azeri.sahartv.ir/news/qafqaz-i396230-zaxarova_sülhməramlılara_qarşı_təxribat_qəbuledilməzdir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Dağlıq Qarabağda yerləşən rusiyalı sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2022 12:24 Asia/Baku
  • Zaxarova: Sülhməramlılara qarşı təxribat qəbuledilməzdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Dağlıq Qarabağda yerləşən rusiyalı sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib: “Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.

O qeyd edib ki, sülhməramlılara qarşı təxribat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər kimi səciyyələndirilir.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - deyə M.Zaxarova vurğulayıb.

Rusiyalı rəsmi Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib və ümidvarlığını bildirib ki, tərəflər regionda filiz yataqlarının işlənməsinə dair razılığa gələcəklər.