Yan 11, 2023 18:35 Asia/Baku
  • Ermənistanın XİN rəhbəri: Azərbaycan ilkin şərt olmadan Laçın dəhlizini açmalıdır!

Ermənistanın xarici işlər naziri bəyan edib ki, Azərbaycan Respublikası ilkin şərt olmadan Laçın dəhlizində gediş-gəliş rejimini bərpa etməyə borcludur.

Yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Mirzoyan həmsöhbətinə 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistan və xarici dünya ilə birləşdirən Laçın dəhlizinin bağlanması nəticəsində bölgədə humanitar vəziyyətin pisləşməsi barədə məlumat təqdim edib və bildirib ki, Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməni kobud şəkildə pozubdur və qonşu ölkənin Laçın dəhlizinin qarşısının alınması ilə bağlı ekoloji bəhanələri yalandır.

 

 

Teqlər