“Geosiyasi kontekst axtarmaq lazım deyil”
https://azeri.sahartv.ir/news/qafqaz-i397241-geosiyasi_kontekst_axtarmaq_lazım_deyil
Ermənistanın baş naziri bildirib ki, Aİ-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin heç bir geosiyasi konteksti yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2023 13:47 Asia/Baku
  • “Geosiyasi kontekst axtarmaq lazım deyil”

Ermənistanın baş naziri bildirib ki, Aİ-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin heç bir geosiyasi konteksti yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan Milli Assambleyasında çıxış edən baş nazir Nikol Paşinyan Ermənistanın nə üçün KTMT müşahidə missiyasını deyil, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasını yerləşdirməyə razı olduğu sualına cavab olaraq deyib: “Biz KTMT-dən müraciətləmizə dəqiq cavab almamışıq. Bu kontekstdə Avropa Birliyinin mülki missiyası Praqada keçirilən dördtərəfli görüşün nəticəsi olaraq Ermənistan və Azərbaycanın razılığı əsasında əraziyə nəzarət etməyə və müşahidə etməyə gəlirlər”.

Baş nazir vurğulayıb ki, məsələ Azərbaycanın Ermənistan Respublikasının ərazilərini işğal etdiyinə görə gündəmə gəlib və burada heç bir geosiyasi kontekst yoxdur.