Ermənistan Azərbaycanla sülh prosesinin son vəziyyəti barədə məlumat verib
Paşinyan: “Sülh sazişi layihəsinin növbəti mərhələsi başa çatıb”
Fev 16, 2023 12:57 Asia/Baku
Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb.
Bu barədə baş nazir Nikol Paşinyan bildirib.
O deyib: “Təkliflərimiz Azərbaycan tərəfinə çatdırılıb və sənəd ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də göndərildi. Əlbəttə, aydındır ki, bu sənəd Azərbaycan üçün məqbul olmalıdır və biz ümid edirik ki, danışıqların üç raundu nəticəsində müşahidə olunan müəyyən irəliləyişi inkişaf etdirə bilərik”.