Fev 16, 2023 15:24 Asia/Baku
  • “Mirzoyanın səfəri çox vacib və mənalı ildi”

Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərinin çox vacib və mənalı olduğunu bildirib.

Nazirlər Kabinetinin iclasında çıxışı zamanı baş nazir deyib ki, Ermənistanın hərəkətlərində ilk növbədə humanitar motiv var.

“Vurğulamalıyam ki, bizə qarşı tənqidləri tamamilə qəbuledilməz hesab edirəm, çünki milyonlarla insanın qapının o biri tərəfində köməyə ehtiyacı olduğu zaman kimsənin biganə qala biləcəyi heç bir vəziyyəti təsəvvür edə bilmirəm”, - deyə Paşinyan bildirib.

O xatırladıb ki, hökumətin fəaliyyət planında Ermənistanın regionda münasibətlərinin keyfiyyətinin dəyişdirilməsinin zəruriliyi vurğulanıb.

Paşinyan bu barədə deyib: “Təəssüf edirəm ki, belə bir fəlakət şəraitində atmosferdə bu cür müəyyən dəyişikliklər baş verir, amma bəlkə də obyektiv insan faciəsi insanları bir-birini daha yaxşı başa düşməyə vadar edir. Ümid edirəm ki, bu, həqiqətən də Ermənistan-Türkiyə münasibətlərinin qurulması üçün yeni başlanğıc nöqtəsi ola bilər. Biz Ani körpüsünün bərpası üçün planları çoxdan hazırlamışıq və bu, həqiqətən də mənalı addım ola bilər”.

Xarici işlər Naziri Ararat Mirzoyan da məruzə ilə çıxış edərək bildirib: “Türkiyə tərəfi xilasedicilərimizin xidmətini və humanitar yardımı yüksək qiymətləndirib. Bu addım kifayət qədər müsbət reaksiya və minnətdarlıq qazandı. Təbii ki, biz ikitərəfli münasibətlərlə bağlı bəzi məsələləri müzakirə etdik, konkret razılıqlar əldə olundu, dialoq prosesini və baş verən prosesləri sürətləndirmək qərarı var, Ani körpüsünün bərpası istiqamətində birgə iş aparacağıq”.

Mirzoyan əlavə edib ki, turizm mövsümünün əvvəlinə kimi üçüncü ölkə vətəndaşları və iki ölkənin diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılması prosesi başa çatmalıdır.

Teqlər