Fev 18, 2023 07:45 Asia/Baku
  • Mirzoyan : Bakı təhlükəsizlik təhdidləri yaradır

Ermənistanın xarici işlər naziri Azərbaycan tərəfindən yenidən gərginlik təhlükəsinin yüksək olaraq qaldığını bildirib.

Ararat Mirzoyan bu barədə İrəvanda Avropa Şurasının Ermənistan üçün 2023-2026-cı illər üzrə Fəaliyyət Planının açılış mərasimindəki çıxışında deyib: “Biz təhlükəsizlik təhdidləri ilə dolu bir bölgədə yaşayırıq. İki aydan çoxdur ki, Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində Dağlıq Qarabağda humanitar böhran davam edir”.

XİN Mirzoyan qeyd edib ki, Azərbaycan erməni hərbi əsirləri və mülki şəxsləri əsir saxlamaqda davam edir və itkin düşənlərin taleyi naməlum olaraq qalır. Azərbaycanın 2021-ci ilin may və noyabrında və 2022-ci ilin sentyabrında həyata keçirdiyi hücumlar nəticəsində Ermənistanın suveren əraziləri Azərbaycanın işğalı altındadır.

Teqlər