Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır
Mart 24, 2023 21:43 Asia/Baku
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib ki, Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır
SəhərAzəri-nin məlumatına əsasən, O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.
Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.
“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, - A.Mirzoyan söyləyib.