Ararat Mirzoyanın: Əsas məsələlər barədə razılıq yoxdur
4 Azərbaycan və 3 Ermənistan sənədi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Yerevan və Bakının sülh müqaviləsi ilə əlaqədar mübadilə etdiyi sənədlərin sayı bu qədərdir.
SəhərAzəri-nin məlumatına əsasən, Mirzoyanın sözlərinə görə, ideal olmasa da, qarşılıqlı məqbul ifadələr tapmaq mümkün olub, müzakirələr aparılıb, kompromisli mətnlər hazırlanıb. Amma "bu, təəssüf ki, əsas məsələlərə aid deyil, onlar müzakirə mərhələsindədir, tərəflərin mövqeləri hələlik bir-birindən uzaqdır", deyə o, ölkə parlamentində çıxışında bildirib.
Mirzoyan həmçinin qeyd edib ki, bu danışıqlar prosesində vasitəçi yoxdur.
"Qərbin variantı yoxdur, dövriyyədə Rusiyanın variantı var idi, biz onunla razılaşdıq, Azərbaycan tərəfi isə yox. Qalanları Ermənistan-Azərbaycan variantıdır. Qərb bizə heç bir sənəd, heç bir variant təklif etməyib", deyə Ermənistanın XİN başçısı qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin martında Bakı sülh müqaviləsinin beş bəndini təklif edib. Onlar ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, sərhədlərin demarkasiyası, gələcəkdə ərazi iddialarından imtina, kommunikasiyaların açılması və hər iki ölkənin bir-birinin təhlükəsizliyinə təhdidlərdən imtinanı nəzərdə tutur.
Ermənistan tərəfi bildirib ki, bu şərtləri qəbul edir, amma Dağlıq Qarabağ məsələsinin müqaviləyə daxil edilməsini tələb edir. Sonradan Yerevan Bakının Qarabağ ermənilərinin statusu ilə bağlı onlarla danışıqlar aparmağa başlamasını və Yerevanla danışıqları beynəlxalq vasitəçilərin iştirakı ilə aparmağı tələb edib.
Bakı bu tələbləri qəbul etmir.