Separatçıların təmsilçisi İrəvanın mövqeyinə işıq saldı
Babayan: Ermənistan tərəfi heç vaxt “Artsaxı” Azərbaycanın bir hissəsi kimi tanımayıb
Apr 16, 2023 20:38 Asia/Baku
Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası prezidentinin müşaviri, separatçı rejimin keçmiş xarici işlər naziri David Babayan deyib ki, Ermənistan tərəfi heç vaxt heç bir sənədlə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb.
SəhərAzəri-nin məlumatına görə, Babayan deyib: “Biz 1988-ci ildə Azərbaycandan ayrıldıq və Ermənistan bu faktı bütün dünya kimi dəfələrlə qəbul edib. Minsk qrupu var, Artsax tərəf kimi tanınıb”.
Onun sözlərinə görə, hər şeyə rəğmən, rəsmi İrəvan öz vəzifəsinin tələb etdiyi kimi hərəkət etməlidir, yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmamalıdır, çünki Qarabağ erməniləri öz müqəddəratlarını çoxdan təyin edib və seçimini edibdir.