Apr 25, 2023 15:43 Asia/Baku
  • Fransalı senator Ermənistanı silahlandırmağa çağırır

Fransalı senator Qərb dövlətlərindən Ermənistanı silahlandırmaq üçün müvafiq addım atmalarını istəyib.

SəhərAzəri-nin məlumatına görə, Fransa-Ermənistan Dostluq Qrupunun sədri, fransalı senator Gilbert-Luc Devinaz Avropa İttifaqının monitorinq missiyasının fəaliyyətinə əlavə olaraq Ermənistana daha çox dəstək verməyə çağırıb.

O bildirib ki, Qərb dövlətləri Ermənistanın silahlanmasına kömək etməlidirlər.

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozub. Avropa İttifaqının monitorinq missiyası vasitəsilə görülən işlər yaxşıdır, lakin biz Ermənistana öz sərhədlərinin təhlükəsizliyini təmin etməsinə şərait yaratmalıyıq, yəni Ermənistanın silahlanmasına kömək etməliyik”, - deyə senator Ermənistanda jurnalistlərə bildirib.

 

 

Teqlər