Qarabağdakı separatçılar əllərini üzdülər
Rusiya heç nə etməyəcək! Qarabağ erməniləri Rusiyadan şikayətlənirlər.
Erməni mediasına açıqlamasında Qarabağdakı separatçıların başçısı Arutyunyanın “müşaviri” və keçmiş xarici işlər naziri David Babayan Laçın dəkhlizinin vəziyyəti ilə əlaqədar Rusiyadan şikayətlənib.
SəhərAzəri-nin məlumatına görə, Babayan deyib ki, Həkəri körpüsündə Azərbaycanın qurduğu postun götürülməsi Rusiya sülhməramlılarının fəaliyyət dairəsinə aid deyil. Bu artıq geopolitik məsələdir.
Rusiyadan ciddi heç nə gözləmədiyini dolayısı ilə etiraf edən Babayan prosesə İrəvan, Vaşinqton və Parisin qoşulmasının vacibliyindən tələb edib.
Rus sülhməramlıların yeni komandanı Aleksandr Lentsovun yerdəki vəziyyəti dəyişə biləcəyi haqda gözləntilərə gəlincə, Babayan bildirib ki, komandirin birinin gedib, digərinin getməsi heç bir əhəmiyyət kəsb etmir, komandirlərin dəyişməsi heç nəyi həll etmir, hər şey “yuxarılarda” həll edilir”.