May 02, 2023 16:45 Asia/Baku
  • XİN başçılarının Vaşinqton görüşləri davam edəcək

Azərbaycan Respublikası ilə Ermənistan xarici işlər nazirləri dünən Vaşinqtonda görüşüblər.

SəhərAzəri-nin məlumatına görə, Deyilənlərə görə,Vaşinqton yaxınlığındakı Dövlət Departamentinin Təlim Mərkəzində keçirilən danışıqlar dörd gün  çəkəçək.

Nazirlər ilk dəfədir ki, bir neçə günlük dialoq üçün bir araya gəliblər. ABŞ Dövlət katibi Entoni Blinkenin dünən səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşləri olub.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər ki, Ceyhun Bayramovla Ararat Mirzoyanın dünənki görüşü “çox konstruktiv” olub.

Turan Dövlət Departamentinin sözçüsünə istinadla bildirir ki, Amerikanın məqsədi danışıqlar üçün platforma təqdim etməkdir.

ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı Turan-ın sualına cavab olaraq, Dövlət Departamentinin digər rəsmisi deyib ki, ruslar “bunu mənfi qəbul etsələr, məyus olarıq”.

Turanın məlumatına görə, ABŞ dövlət departamentinin rəsmiləri Ermənistanla Azərbaycan Respublikası arasındakı problemlər barədə Minsk qrupunun fəaliyyəti döründə olduğu kimi Vaşinqtonun mövqeyinin Rusiya ilə üst-üstə düşdüyünə eyham vurublar. onların dediyinə görə, ən vacibi tərəflərin harada baş verməsindən asılı olmayaraq - Vaşinqtonda, Brüsseldə və ya Moskvada bir-biri ilə əlaqə qura bilməsidir.

 

 

Teqlər