May 13, 2023 13:41 Asia/Baku
  • “Azərbaycanın hərəkətləri danışıqlarda irəliləyişi heçə endirir”

Ermənistanın baş naziri Azərbaycan Respublikasını danışıqlarda irəliləyişi heçə endirməkdə ittiham edib.

İddia olunub ki, 11-də Azərbaycan silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq, Zod istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqelərini artilleriya və minaatanlardan atəşə tutub.

Baş nazir Nikol Paşinyanın qiymətləndirməsinə görə, Azərbaycan tərəfinin bu hərəkətləri Vaşinqtonda keçirilən danışıqlarda qeydə alınan irəliləyişi heçə endirməyə və üçtərəfli formatda Brüsseldə, iyunun 1-də isə Kişinyovda beştərəfli formatda planlaşdırılan danışıqları pozmağa yönəlib.

Onun sözlərinə görə, digər məqsəd Ermənistanın və beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizində qeyri-qanuni keçid məntəqəsinin yaradılması faktından yayındırmaqdır.

Paşinyan həmçinin indiki şəraitdə Azərbaycanla Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayıb.

Teqlər