May 20, 2023 16:21 Asia/Baku
  • Los-Ancelesdə

ABŞ-ın Los-Anceles Şəhər Şurası şəhərin qərbində Uilşir bulvarı ilə Qrenvill prospektinin kəsişməsindəki yeri “Artsax Respublikası meydanı” adlandırmaq qərarına gəlib.

SəhərAzəri-nin məlumatına görə, Erməni agentlikləri xəbər verir ki, bu barədə “Laist” portalı məlumat yayıb. Sənəddə qərarın “Los-Ancelesdən minlərlə kilometr uzaqlıqda ermənilər üçün döyüşən bölgənin şərəfinə” verildiyi vurğulanıb.

Şəhər şurasının erməni sədri Pol Krekoryanın sözlərinə görə, Azərbaycanın Los-Ancelesdəki konsulluğu burada yerləşdiyi üçün məhz bu kəsişmə seçilib.  

Sabiq maliyyə naziri, Fikrət Yusifov “Yeni Müsavat”a bildirib ki, bundan öncə də ABŞ-da bəzi küçələrə “artsax” adının verilməsi halları olub:

 “Şəxsən özüm bunun şahidi olmuşam. Keçən il ABŞ-da səfərdə olarkən Kaliforniya ştatındakı orta şəhərlərin birində küçələrdən birinə ”arsax" adı verildiyini  şəxsən gördüm”,- Fikrət Yusifov deyib .

 

F.Yusifov hesab edir ki, beynəlxalq hüququn belə məsələlərlə bağlı tələbləri araşdırılmalı və bununla bağlı Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları hökumətinə aidiyyəti etiraz ünvanlamalıdır.

 

Teqlər