Ermənistan MN etiraf etdi:
İki əsgəri itkindir...
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti bildirib ki, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində 2 erməni hərbi qulluqçu saxlanılıb.
SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Respublikası erməni hərbi qulluqçuların Ermənistan tərəfindən həyata keçirilən diversiya əməliyyatının Azərbaycan tərəfindən zərərsizləşdirilməsi zamanı saxlanıldığını bildirib.
Ermənistan MN hər hansı diversiya həyata keçirmədiyini elan etsə də iki əsgərinin “itkin düşdüyünü” bildirib.
“Hərbçilərin Azərbaycan tərəfə keçməsi istisna edilmir”, - Ermənistan MN-in açıqlamasında deyilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu isə saxlanılan erməni hərbçilərin adlarını da açıqlayıb:
“Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir”,- BP-nin məlumatında deyilir.
Qeyd edək ki, son vaxtlar iki Azərbaycan əsgəri Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistan sərhədlərini keçərək bu ölkədə saxlanılmışdılar. Onlara qarşı Ermənistan məhkəməsi tərəfindən uzun müddətli həbs cəzaları verildi.