Fransa Ermənistana zirehli transportyorlar göndərir
https://azeri.sahartv.ir/news/qafqaz-i400822-fransa_ermənistana_zirehli_transportyorlar_göndərir
Fransa Ermənistana 50 zirehli transportyorun tədarükünü elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2023 09:43 Asia/Baku
  • Fransa Ermənistana zirehli transportyorlar göndərir

Fransa Ermənistana 50 zirehli transportyorun tədarükünü elan edib.

Bu barədə erməni mətbuatında məlumat yayılıb.

Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun direktoru Emmanuel Dupuis bildirib ki, İrəvan “Bastion” və “Sherpa” zirehli maşınlarının alınması imkanlarını da müzakirə edir.

Qeyd olunub ki, Ermənistan və Fransanın müdafiə sahəsində əməkdaşlığı İrəvandakı səfirliyə hərbi attaşe təyinatı ilə daha da intensivləşəcək.

Hərbi attaşe Fransanın müasir silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Qeyd edilib ki, Parisin Ermənistana silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.