Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə müraciət etdi
Paşinyan regionda sabitliyin pozulması riskinin yüksək olduğunu deyir
Ermənistanın baş naziri Cənubi Qafqazda sabitliyin pozulması riskinin yüksək olduğu üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Nikol Paşinyan Dağlıq Qarabağda dörd erməni hərbçinin ölümü ilə nəticələnən hücumdan bir neçə saat sonra “Twitter” səhifəsində yazıb ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini qorumaq üçün tədbir görməlidir.
“Beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ xalqının hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırırıq. Laçın dəhlizi qeyri-qanuni bağlanmış vəziyyətdədir və Cənubi Qafqazda sabitliyin pozulması riski yüksəkdir”, deyə baş nazir vurğulayıb.
Bu arada Fransa Milli Assambleyasının deputatı, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Ann-Lorens Petel Dağlıq Qarabağda azərbaycanlıların hücumunu pisləyib.
Deputat öz tvitter hesabında yazıb: “Fransa-Ermənistan dostluq qrupu adından Artsaxda 4 əsgərin həyatına son qoyan hücumu qətiyyətlə pisləyirəm. İndi blokadanın 200 gün davam etdiyinə görə, Əliyev Dağlıq Qarabağda etnik təmizləmə planlarını nümayiş etdirməkdə davam edir”.
O həmçinin, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişeli Azərbaycanı “etibarlı tərəfdaş” adlandırdıqları üçün tənqid edib.
Xatırladaq ki, iyunun 28-də Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin mövqelərini pilotsuz uçuş aparatlarından istifadə etməklə artilleriya atəşinə tutulub. Erməni tərəfindən 4 nəfər ölüb.