Erməni separatçıları Vaşinqton danışıqlarının dayandırılmasını tələb edirlər.
https://azeri.sahartv.ir/news/qafqaz-i401225-erməni_separatçıları_vaşinqton_danışıqlarının_dayandırılmasını_tələb_edirlər.
Xankəndidə separatçı rejimin “parlamenti” Vaşinqtonda Azərbaycanla danışıqlar aparan Ermənistan nümayəndə heyətinə müraciət qəbul edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 30, 2023 13:13 Asia/Baku
  • Erməni separatçıları Vaşinqton danışıqlarının dayandırılmasını tələb edirlər.

Xankəndidə separatçı rejimin “parlamenti” Vaşinqtonda Azərbaycanla danışıqlar aparan Ermənistan nümayəndə heyətinə müraciət qəbul edib.

Həmin müraciətdə Ermənistan nümayəndələrindən Qarabağdakı təmas xəttində atəşkəs tam bərpa edilənədək danışıqların dərhal dayandırılması tələb edilir.

Müraciətdə deyilir ki, “əks halda danışıqların davam etdirilməsi Azərbaycan tərəfinin aqressiv davranışının beynəlxalq səviyyədə təqdiri kimi qiymətləndiriləcək”.

Separatçılar vurğulayırlar ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayacaq.