İyun 30, 2023 18:07 Asia/Baku
  • Bakı və Yerevan hansı məsələlərdə razılığa gələ bilmir?

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan iyunun 27-29-da Vaşinqtonda danışıqlar zamanı Yerevan və Bakının razılığa gəlmədiyi məsələləri açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin  üçgünlük görüşü zamanı tərəflər "Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, qoşunların geri çəkilməsi, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı üzrə beynəlxalq dialoq mexanizminin yaradılması" ilə bağlı məsələlərdə razılığa gəlməyiblər. Hazırda bu məsələlərlə bağlı mövqelər fərqlidir, - Kostanyan Ermənistan KİV-ə bildirib.Rəsmi Yerevan və Bakı bütün bəndlər üzrə razılığa gəldikdə sülh müqaviləsi imzalanacaq, diplomat qeyd edib. Hələlik Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin  növbəti görüşü ilə dəqiq tarix yoxdur, o əlavə edib.

 

Teqlər