Blinken qarşıda "ağır iş" olduğunu deyir
https://azeri.sahartv.ir/news/qafqaz-i401270-blinken_qarşıda_ağır_iş_olduğunu_deyir
Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan danışıqlarında "daha çox irəliləyiş" olduğunu bildirərək, qarşıda "ağır iş" olduğunu deyir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 01, 2023 12:40 Asia/Baku
  • Blinken qarşıda

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan danışıqlarında "daha çox irəliləyiş" olduğunu bildirərək, qarşıda "ağır iş" olduğunu deyir.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirlərinin danışıqları zamanı əldə edilmiş “daha da irəliləyişin əldə olunduğunu” təqdir edib, lakin etiraf edib ki, sülh razılaşmasına nail olmaq üçün “ağır iş” görülməlidir.

Blinken Ermənistan-Azərbaycan danışıqlarının yekun iclasında qeyd edib ki, bəzi əlavə maddələr üzrə razılaşmanın çətinliyi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin fərqli olması üzündən yekun nəticəyə nail olmaq üçün görüləsi çox iş var.