İyul 04, 2023 16:20 Asia/Baku
  • Samvel Babayan: Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəkləyirik!

“Dağlıq Qarabağ”ın “Vahid Vətən” Partiyasının rəhbəri, Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəklədiyini bildirib.

Babayan deyib ki, birbaşa danışıqlar qarşılıqlı etimadın yaranması üçün vacibdir.

O, qarşılıqlı etimaddan sonra ikinci mərhələyə – status və digər qalan məsələlərə keçidi mümkün sayaraq qeyd edib: “Qarşılıqlı etimad yoxdursa, danışıqların heç bir mənası olmaz”.

Separatçı nümayəndənin sözlərinə görə, ilk növbədə hansı maddələr üzrə danışıqlar aparılacağına dair sənəd hazırlanmalı, sonra digər məsələlərə keçilməlidir.

Azərbaycan hakimiyyətinin başçısı İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı Qarabağda özlərini müstəqil respublika elan edən erməni sakinlərə hansı hallarda güzəştlərin ola biləcəyindən danışıb.

 

Dövlət başçısı özünü respublika adlandıran Qarabağ rejimini təslim olmağa çağırıb və bildirib ki, əks halda Azərbaycanın bölgədə istənilən əməliyyatı keçirməyə imkanı var:

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, deyə Əliyev vurğulayıb.

 

Teqlər