88,8% Qarabağın Azərbaycan tərkibində olmasının əleyhinədir
https://azeri.sahartv.ir/news/qafqaz-i402379-88_8_qarabağın_azərbaycan_tərkibində_olmasının_əleyhinədir
Ermənistan vətəndaşlarının 88,8%-i Dağlıq Qarabağ sakinlərinin etnik azlıq kimi Azərbaycanın tərkibində olmasını istəmir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 06, 2023 11:35 Asia/Baku
  • 88,8% Qarabağın Azərbaycan tərkibində olmasının əleyhinədir

Ermənistan vətəndaşlarının 88,8%-i Dağlıq Qarabağ sakinlərinin etnik azlıq kimi Azərbaycanın tərkibində olmasını istəmir.

Bu barədə avqustun 4-də "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyi məlumat yayıb.

Təşkilatın Ermənistanda keçirdiyi sorğunun nəticələrinə görə, vətəndaşların 1,1%-i Dağlıq Qarabağ sakinlərinin Azərbaycanın tərkibində etnik azlıq statusu almasının “mütləq məqbul olduğunu”, 2,7%-i bunun “kifayət qədər məqbul” olduğunu, 5,5%-i “kifayət qədər qəbuledilməz” olduğunu, 88,8%-i isə "birmənalı olaraq qəbuledilməz" olduğunu bildirib.