Avq 15, 2023 14:24 Asia/Baku
  • Avroplıların növbəti riyakarlıq nümunəsi

İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi buna münasibət bildirib.

İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" hesabında bildirib.

"Öz ərazisində separatçılıqla mübarizə aparan ölkənin digər dövlətlərdə separatçılığı dəstəkləməsini görmək qəribədir. Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi dəstəkləməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik", - deyə qurum rəsmisi Ayxan Hacızadə bildirib.

Ayxan Hacızadənin Azərbaycanla İspaniyanın oxşar separatizm problem yaşadıqlarını diqqətə çəkməsinə baxmayaraq İspaniya və digər Avropa dövlətləri heç də bunların arasında oxşarlıq müşahidə etmirlər. Bunu İspaniyanın 2017-də  Bakıda müvəqqəti işlər vəkili işləmiş İqnasio Sançes Taboado o vaxt "Report"a müsahibəsində etiraf etmişdi:

“Dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə Kataloniya ətrafındakı vəziyyət arasında paralellər aparıldığını eşitmişəm. Açığı, məncə, bütün bunlar erməni təbliğatıdır. Çünki erməni təbliğatı Kataloniya ətrafındakı vəziyyətin separatçı millətin mübarizəsinə bənzətməsinə çalışır. Əslində isə bunlar tamamilə fərqli vəziyyətlərdir”,- İqnasio Sançes Taboado sözü gedən müsahibəsində demişdi.

Avropalı diplomat qərb dövlətlərinin sadəcə öz içlərindəki separatizmə dözümsüz olduqlarını və digər ölkələrdəki sepatarizmə fərqlil baxdıqlarına da eyham vurub. O hər bir separatçılıq fəaliyyətinə ayrı-ayrılıqda qiymət verilməli olduğunu deyib: “Millətçilik, separatizm, parçalama cəhdləri bu gün dünyanın bir çox yerlərində görünür. Şotlandiya, Belçika, İspaniya, İtaliya, Fransa və Avropanın digər yerlərində baş verən bu cür hərəkatlərla və bəzi dünya nəgənglərinin əlaqələrini təhlil etmək lazımdır. Bu təhlillərdə diqqətli olmalı və reallıqda kimin kimə yardım etdiyini anlamaq lazımdır. Ancaq əlavə etmək istəyirəm ki, bu hərəkatlər çox spesifikdirlər. Məsələn, İspaniyada radikal separatçılıq hərəkatı Rusiyayönümlü hərəkatların öz rolunu oynadığı Ukraynadakı hərəkatdan fərqlənir”,- İspaniyanın keçmiş müvəqqəti işlər vəkili deyib .

O vurğulayıb ki, hər vəziyyətə ayrı-ayrılıqda yanaşmaq, onu təhlil etmək və mövcud vəziyyəti başa düşmək lazımdır.

 

Teqlər