Avq 24, 2023 17:43 Asia/Baku
  • Bakını qəzəbləndirən Belçika XİN başçısı Bakıya gəlir

Regiona səfərinin Azərbaycanla Ermənistan arasında sülhə böyük töhfə verəcəyini bildirərək və sülhün yaxın olduğunu təkrar anons edərək Cənubi Qafqaza gələn Belçikanın xarici işlər naziri Hadca Labib öz bəyanatları ilə rəsmi Bakını qəzəbləndirib.

SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Belçika XİN rəhbərinin İrəvandakı bəyanatlarını sərt tənqid etməsindən sonra Bakı mediyasında belə bir məlumat yayılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək.

APA-nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.

Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.

Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda iddia olunan "erməni soyqırımı" abidəsinə eləcə də “Erməni Soyqırımı Muzeyi”-nə baxış keçirən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində səsləndirdiyi fikirlər rəsmi Bakını qəzəbləndirib.

Lahbib Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistanı dəstəkləmək və təşviq etmək üçün gəldiyini bildirib.

"Belçika Dağlıq Qarabağ münaqişəsinin yaratdığı gərginlikdən dərin narahatdır” deyən nazir “Belçika Dağlıq Qarabağdakı humanitar vəziyyətdən və vəziyyətin pisləşməsindən dərin narahatdır. Laçın dəhlizi ilə hərəkətin məhdudlaşdırılmasının ciddi fəsadları var, özü ilə ciddi aclıq və xəstəlik təhlükələri də gətirir”,- deyə vurğulayıb.

Lahbib Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyətindən məmnunluğunu ifadə edib. O əlavə edib ki, bu hərəkətlər iki xalq arasında etimadın inkişafına töhfə verməlidir.

Avropa İttifaqının fəal üzvü, həmçinin gələcək Aİ Şurasının prezidenti olacaq Belçikanın XİN başçısı Azərbaycanın Laçın dəhlizi boyunca insanların və malların sərbəst hərəkətini təmin etməli olduğunu və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarın icrasına dair Aİ-nin mövqeyini dəstəklədiyini vurğulayıb.

Belçika xarici işlər naziri rəsmi Bakını Ermənistanın ərazi bütövlüyünü rəsmən tanımağa çağırıb: "Biz Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyan Nikol Paşinyanın cəsarətini alqışladıq və Azərbaycanın ali rəhbərliyini də buna çağırırıq"

Belçika XİN başçısını ermənipərəst mövqedə ittiham edən və onun İrəvanda səsləndirdiyi fikirlərə sərt reaksiya göstərən rəsmi Bakı niyə onun Bakıya səfərinə şərait yaradıb? Deyə sosial şəbəkə istifadəçiləri sual veirlər.

 

Teqlər