MN: Separatçıların Təyyarələrə qarşı radiomaneələri davam edir
Azərbaycan Respublikası bir daha bu ölkənin separatçıların əlində olan ərazilərindən uçuşlara GPS maneələrinin yaradılmasından xəbər verib.
Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 2-də səhər yaydığı məlumatda bildirilir ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə növbəti dəfə radiomaneələr tətbiq edib.
Müdafiə Nazirliyinin məlumatında bu dəfə radiomaneələrin ABŞ və sionist İsrail rejiminə məxsus uçuşlara qartşı yaradıldığı bildirilir.
“Radiomaneələrin tətbiqi nəticəsində sentyabrın 1-də Paris-Pekin marşrutu üzrə uçan ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinin GPS peyk naviqasiya sistemində saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçan İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinin GPS peyk naviqasiya sistemində saat 13:30-dan 13:58-dək fasilə yaranıb”,- Məlumatda deyilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu barədə Rusiya sülhməramlı kontingentinin komandanlığını məlumatlandırdığını bildirib.
Bu ilk dəfə deyil ki, Azərbaycan Respublikası bu ölkənin üzərindən həyata keçən uçuşlara qarşı separatçılar tərəfindən radiomaneələrin yaradıldığını bildirir. Ancaq bu mövzuda Rusiya Sülhməramlılarının susması və rəsmi Bakının bu idialarına heç bir münasibət bildirməmələri diqqət çəkir.
Başqa diqqət çəkən mövzu xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə radiomaneələr barədə həmin şirkətlər tərəfindən heç bir etiraz yaxud məlumatın yayılmamasıdır. Həmçinin bu barədə məlumatın MN tərəfindən yayılması da bəziləri tərəfindən birmənalı qarşılanmır. Ona görə ki, bu sərnişindaşımalara aid olduğuna görə, Azərbaycanın müvafiq aviasiya qurumları tərəfindən elan edilməli və bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı “ICAO” məlumatlandırılmalıdır.