Sen 15, 2023 16:55 Asia/Baku
  • “DQ-da humanitar vəziyyət son dərəcə ağırdır”

Ermənistanın baş naziri Dağlıq Qarabağda humanitar vəziyyətin son dərəcə ağır olduğunu bəyan edib.

Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib: “Dağlıq Qarabağda humanitar vəziyyət son dərəcə ağırdır. Əsgəran vasitəsilə Dağlıq Qarabağa daxil olan Rusiya humanitar yüklərinin vəziyyətə heç bir gözə çarpan təsiri ola bilməz”.

Onun sözlərinə görə, Ermənistan və Fransanın 22 yük maşını ilə göndərdiyi humanitar yüklərin bir hissəsi hələ də gözləməkdədir.

Paşinyan qeyd edib ki, beynəlxalq ictimaiyyət Laçın dəhlizinin qeyri-qanuni blokadasının aradan qaldırılması ilə bağlı çağırışlarını davam etdirir. “Biz ümid etməliyik ki, etibarlı beynəlxalq Bakı-Stepanakert dialoq mexanizmi yaradılacaq və biz Stepanakertdəki tərəfdaşlarımızı belə dialoqa təşviq edirik”, – deyə Paşinyan bildirib.

 

Teqlər